HAQQIMIZDA

FOODMAN

Artıq uzun müddətdir ki, “FOODMAN” MMC iaşə xidməti, restoran, mehmanxana idarəçiliyi və təmizlik xidməti sahəsində ixtisaslaşaraq təcrübəyə malik bir şirkət adını qazanmışdır. Məhz bu xüsusiyyətlərə görə şirkətimiz Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında qabaqcıllar sırasındadır. Şirkətimizin əməkdaşları uzun müddət bu sahədə çalışan təcrübəli mütəxəssislərdən ibarətdir.



Yuxarıda qeyd olunanlara; Holcim, Norm, Synergy Group, Trust-SS, GİB MMC, Azfen, HTM, SDL, İFES, Kentech, MCG, Keppel Fels Baku, AOC, Global Energy, Wartsila, SJB Denholm, TTİ və TTS şirkətlərindən verilmiş rəylər dəlalət edir. Məqsədimiz müştərilərimizin ən yüksək tələb və istəklərinə uyğun xidmət göstərməkdir.



Şirkətimiz müxtəlif qiymətlərə:
Kompleks səhər yeməyi, Kompleks nahar yeməyi, Kompleks şam yeməyi
təklif edir.

MƏQSƏDİMİZ

Şirkətimiz yalnız beynəlxalq tələblərə uyğun texnologiya və avadanlıqlarla xidmət göstərir və qida məhsullarını daşımaq üçün nəzərdə tutulmuş lazımi nəqliyyat vasitələrindən və xüsüsi termoslardan istifadə edir. Şirkətimizdə təcrübəli ixtisaslaşmış və səriştəli mütəxəsislər çalışır.

“FOODMAN” MMC öz iş fəaliyyətində beynəlxalq normalara uyğyn, sanitariya və gigyena tələblərinə riayət edərək yüksək səviyyəli və keyfiyyətli xidmət göstərir.

“FOODMAN” MMC müştərilərə yüksək keyfiyyətli ərzaqdan istifadə edərək milli, Avropa və Asiya mətbəxlərindən seçilmiş xörəklərdən ibarət menyular təklif edir.

XİDMƏTLƏR
restaurant_menu

İAŞƏ

Foodman MMC Azərbaycanda və xarici ölkələrdə yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun İaşə Xidmətlərini təqdim edir. Xidmətlərimiz milli, kontinental mətbəxlərdən ibarətdir və müştərilərin özünəməxsus sahələrdə və çatdırılma üsulu ilə həyata keçirilir.

filter_vintage

TƏMİZLİK

Foodman MMC Azərbaycan və xarici ölkələrdə yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun Təmizlik Xidmətlərini də təqdim edir. Xidmətlərimiz beynəlxalq standartlara uyğun və MSDS təlimatları ilə təsdiq edilmiş yuyucu və kimyəvi maddələrlə yüksək keyfiyyətlə həyata keçirilir. İaşə xidmətlərimiz kimi təmizlik xidmətlərimiz də müştərilərin özünəməxsus sahələrində və xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə göndərilmiş, xüsusi avadanlıq və peşəkar əməkdaşlarla həyata keçirilir.

MƏTBƏXLƏR
room_service

MİLLİ

Azərbaycan mətbəxi - dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. FOODMAN MMC-də biz Sizlər üçün bizim Milli mətbəxi əks etdirən menyunları dadlı hazırlayıb təqdim edərik.

room_service

KONTİNENTAL

Kontinental mətbəx - əsasən yüngül və təbii inqrediyentlərdən hazırlanır. Fransız mətbəxi Avropa mətbəxinin əsasını təşkil edir. Fransız mətbəxi yalnız Avropa kulinariya ənənələrinə deyil, həmçinin bir çox digər millətlərin adət-ənənələrnə də güclü təsir etmişdir. Avropa mətbəxi reseptlərinin əsasını tərəvəzlər təşkil edir. Bu fakt, həmçinin Avropa yeməklərinin faydaları haqqında danışır. Avropa aşpazlarının indriqient seçimində əsas prinsipi ilk növbədə məhsulun təravət və təbiiliyinin ön plana çıxmasıdır. Şərq mətbəxi - qədim ənənələrlə bağlılığı ilə seçilir. Xüsusi aromatların və ədviyyatların cazibəsi və zəngin dad xoş surpriz kimi hər an təəcübləndirir. FOODMAN MMC-də istənilən ölkənin menyusunu hazırlayıb sizlər üçün təqdim etmək imkanı var.

ÇATDIRILMA
BİZİMLƏ ƏLAQƏ
Əlaqə məlumatları
Ofis:
(+99412) 489 96 88
Direktor:
(+99450) 430 34 34
(+99470) 422 34 34
Sifariş və məlumatlar şöbəsi:
(+99450) 963 34 34
(+99477) 722 34 34
(+99477) 622 34 34
E-mail:
Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22, Firuzə Biznes Mərkəzi, ofis 22-23